Paşinyan: “Üç başlı müxalifət” parlamentdən kənarda qalacaq
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Samvel Karapetyan, Robert Köçəryan və Gagik Tsarukyan ilə əlaqəli "üç başlı müharibə partiyası” iyunda keçiriləcək parlament seçkilərindən sonra qanunverici orqanda təmsil olunmayacaq.
Crossmedia.az bu barədə xarici mediyaya istinadən xəbər verir.
Paşinyan bildirib ki, bu qənaət ölkədəki ictimai-siyasi vəziyyətin təhlili və mövcud sosial dinamika əsasında formalaşıb.
Baş nazir eyni zamanda müxalif qüvvələri tənqid edərək vurğulayıb ki, həmin siyasi dairələr seçkilərdə üstünlük qazanmaq ümidi ilə vətəndaşlara qarşı təhqiramiz ifadələr işlədir, onları “şanqyal” və “boş” adlandırırlar. Onun sözlərinə görə, bu yanaşma cəmiyyətdə dəstək qazanmır.
15:38 18.04.2026
Oxunuş sayı: 60