Aİ Ermənistana ayrılan 50 milyon avroluq yardımı DAYANDIRIB
Avropa İttifaqı hibrid təhdidlər və dezinformasiya ilə mübarizə məqsədilə Ermənistana nəzərdə tutulan 50 milyon avroluq maliyyə yardımını müvəqqəti olaraq dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Xraparak" nəşri məlumat yayıb.
Məlumata görə, qərar parlament seçkiləri ərəfəsində vəsaitlərin dondurulması fonunda qəbul edilib. Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər nazirinə Brüsseldə məsələ ilə bağlı dəqiqləşdirmələr aparmağı tapşırıb.
Aİ Komissiyası və Avropa rəsmiləri arasında müzakirələr zamanı Avropa İttifaqının yüksək nümayəndələrindən Kaya Kallas Ukraynadakı vəziyyətin hazırda prioritet təşkil etdiyini bildirib.
Paşinyanın isə qərardan narazılığını ifadə etdiyi və ayrılan vəsaitin Ermənistana daha çox lazım olduğunu qeyd etdiyi bildirilib.
15:18 18.04.2026
Oxunuş sayı: 54