Lavrov və Fidan 2026–2027 illər üçün fəaliyyət planını imzalayıblar
Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Sergey Lavrov və Hakan Fidan görüş zamanı Yaxın Şərq və Fars körfəzindəki vəziyyəti müzakirə ediblər.
Tərəflər bölgədəki böhranların həlli üçün effektiv mexanizmlərin hazırlanması məqsədilə Rusiya və Türkiyə arasında konstruktiv əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşün Antalya Diplomatiya Forumu çərçivəsində baş tutduğu bildirilib.
Qeyd edək ki, görüşün yekunları əsasında Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi ilə RF Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məşvərət Fəaliyyət Planı"nı imzalanıb.
14:27 18.04.2026
Oxunuş sayı: 56