ABŞ İranda kiminlə danışır? – güc savaşı və qeyri-müəyyənlik artır
ABŞ-nin İranla danışıqlarda real tərəfdaşının kim olduğu məsələsi getdikcə daha qeyri-müəyyənləşir.
Crossmedia.az bu barədə "The New Yorker"ə istinadən xəbər verir.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp Tehranda yeni güc mərkəzləri ilə əlaqə qurmağa çalışsa da, Iran daxilində hakimiyyət balansı ciddi şəkildə dəyişib.
Bildirilir ki, ölkənin ali lideri Əli Xameneyi öldürüldükdən sonra yaranan boşluq sürətlə SEPAH daxilində sərt xətt tərəfdarları tərəfindən doldurulub.
Analitiklərin fikrincə, rəsmi simalardan biri kimi çıxış edən parlament sədri Məhəmməd Baqir Qalibaf danışıqlarda ön planda görünsə də, əsas qərarverici fiqur deyil. Əsl təsirin isə SEPAH daxilindəki yüksək rütbəli komandirlər Məhəmməd Baqir Zülqədr və Əhməd Vəhidi kimi şəxslərin əlində olduğu bildirilir.
Qeyd olunur ki, iki ölkə arasında son danışıqlar İslamabad şəhərində keçirilən görüşlər – təxminən 21 saat davam etsə də, nəticəsiz başa çatıb. Əsas fikir ayrılığı İranın nüvə proqramı ilə bağlı olub.
Hesabatda vurğulanır ki, Vaşinqtonun bəzi dairələrinin düşündüyünün əksinə olaraq, İranda hakimiyyət tək bir lider ətrafında deyil, SEPAH, məhkəmə sistemi və təhlükəsizlik strukturlarının kompleks qarşılıqlı fəaliyyəti üzərində qurulub.
Bununla belə, yeni güc mərkəzlərinin sərt mövqelərinə baxmayaraq, onların həm hərbi hazırlığı davam etdirdiyi, həm də danışıqlara açıq olduqları qeyd olunur.
11:40 18.04.2026
Oxunuş sayı: 46