Pekindən kritik addım: Çin İranın uran ehtiyatına müdaxilə edə bilər
Çin İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının bir hissəsini qəbul etməyə və ya onu daha aşağı səviyyəyə endirməyə hazır olduğunu bildirib.
Crossmedia.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp mümkün razılaşma çərçivəsində bu uranın Iran ərazisindən çıxarılmasını müharibənin dayandırılması üçün əsas şərtlərdən biri kimi irəli sürür.
Diplomatik mənbələrin sözlərinə görə, əgər həm Vaşinqton, həm də Tehran bu istiqamətdə rəsmi müraciət edərsə, Çin məsələni nəzərdən keçirməyə hazırdır.
11:23 18.04.2026
Oxunuş sayı: 59