Tramp Hörmüz boğazı ilə bağlı açıqlama verib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı vasitəsilə keçid pulsuz olacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, boğazdan keçən gəmilərə heç bir rüsum tətbiq edilməyəcək. Tramp jurnalistlərin mümkün məhdudiyyətlər və ödənişlərlə bağlı sualına qəti şəkildə xeyr cavabı verib.
“Heç bir rüsum olmayacaq. Qətiyyən yox,” – deyə o vurğulayıb.
Məlumata görə, İranın münaqişə dövründə boğazdan keçid üçün rüsum tətbiq etməsi gərginliyi artırıb. Tramp isə buna cavab olaraq, beynəlxalq sularda rüsum ödəyən gəmilərin ələ keçirilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, açıqlama CNN tərəfindən yayımlanıb.
10:48 18.04.2026
Oxunuş sayı: 55