Rusiyalı ekspert: İran regional hegemona çevrilir
İran regional hegemona çevrilir və Şimala sadiqliyini göstərir.
ABŞ və İsraillə qarşıdurma fonunda Tehran tədricən regional lider rolunu öz üzərinə götürür.Təkcə Ermənistan deyil, həm də Cənubi Qafqazın digər dövlətləri bunun təsirini hiss edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Semyon Baqdasarov "SputnikArmenia"-ya bildirib.
O qeyd edib ki,möcüzə baş verməsə, ABŞ bu qarşıdurmanı uduzacaq:
"Onlar Vyetnamda, Əfqanıstanda və ya İraqda heç vaxt bu qədər utancverici şəkildə uduzmayıblar. İran Qərbi Asiyada Türkiyədən sonra ikinci ən böyük iqtisadiyyata malik regional hegemona çevrilir."
Ekspert hesab edir ki, Tehran mütləq diqqətini Cənubi Qafqaza yönəldəcək və sonra Naxçıvandan Azərbaycana gedən yolun Trampın adını daşımasına çox təəssüflənəcək:
"İranlılar Cənubi Qafqazdakı təsirlərinin mütləq olmasını təmin etmək üçün əllərindən gələni edəcəklər."
23:00 17.04.2026
Oxunuş sayı: 43