Bolqarıstan prezidenti Ukraynaya hərbi yardımın zəruri olduğuna inanmır
Bolqarıstan prezidenti Rumen Radev Ukraynaya hərbi yardımın zəruri olduğuna inanmır.
Crossmedia.az xəbər verir ki, o, bunu aprelin 19-na təyin olunmuş növbədənkənar parlament seçkiləri ərəfəsində BTV-yə verdiyi müsahibədə bildirib.
"Mənim Rusiyayönlü mövqeyim yoxdur; Bolqarıstanyönlü, yəni real mövqeyim var. Ukrayna ilə bağlı düşünülməmiş və nəticələrini nəzərə almayan qərarlar qəbul edilir. Bu, həm Bolqarıstanı, həm də Avropa İttifaqını böhrana aparır", - deyə Radev qeyd edib.
"2023-cü ildə Avropa İttifaqının(Aİ) Ukraynaya bir milyon mərmi verməsi təşəbbüsü irəli sürüldü və o vaxt Aİ Şurası səviyyəsində mən Bolqarıstanın həmkarlarının Ukraynaya yardımına mane olmayacağını, lakin bu işdə iştirak etməyəcəyini bildirdim. Eyni şey maliyyələşdirmə məsələsinə də aiddir: kim ödəmək istəyirsə, qoy ödəsin. Biz müdaxilə etməyəcəyik və ya veto qoymayacağıq, amma mən bu yardım üçün pul ödəməyimizin mənasını görmürəm", - deyə o bildirib.
Radev, həmçinin Ukrayna ilə imzalanmış təhlükəsizlik müqavilələrinə bənzər müqavilələrə qarşı çıxıb:
"Mən bu cür razılaşmalara qarşıyam onlar bizim üçün böyük risklər və maliyyə itkiləri daşıyır.Bu, ABŞ-İran müharibəsinin başlamasından sonra mənasını itirib".
21:10 17.04.2026
Oxunuş sayı: 48