SEPAH: Barmağımız tətikdədir
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, atəşkəs fonuna baxmayaraq İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun rəsmi “Telegram” kanalı vasitəsilə yayılan açıqlamada qeyd olunub ki, həm İran ordusu, həm də SEPAH istənilən hücuma dərhal və qətiyyətli cavab verməyə hazırdır.
Ordu Günü münasibətilə yayılan bəyanatda vurğulanıb ki, düşmənin hər hansı addımı güclü və sərt cavabla qarşılanacaq.
SEPAH hazırkı vəziyyəti İran, ABŞ və İsrail arasında atəşkəs fonunda “döyüş meydanında sakitlik” kimi qiymətləndirsə də, mümkün eskalasiyanın rəqiblər üçün ağır nəticələr doğuracağı barədə xəbərdarlıq edib.
Bəyanatda bildirilib ki, yeni gərginlik ağır zərbələr və alçaldıcı məğlubiyyətlə nəticələnə bilər.
17:32 17.04.2026
Oxunuş sayı: 46