İranlı ekspert: İran qalib gəlsə, Zəngəzur dəhlizi mümkünsüz olacaq
İranlı ekspert Ehsan Movəhhediyan Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən və mübahisəli fikirlər səsləndirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Ermənistanın “yerkir.am” saytına müsahibə verərkən danışıb.
Movəhhediyan, iddia edib ki, İranın ABŞ və İsrailə qarşı qarşıdurmada “qələbə qazanması” Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini mümkünsüz edə bilər.
Movəhhediyan, həmçinin bildirib ki, bu vəziyyət Qafqaz regionunda “Türk Dünyası” layihəsinin qarşısını ala və onun əbədi olaraq dayandırılmasına gətirib çıxara bilər.
Ekspertin sözlərinə görə, İranın üstünlük əldə etməsi təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya regionunda güc balansını dəyişdirərək yeni geosiyasi reallıqların formalaşmasına səbəb ola bilər.
17:10 17.04.2026
Oxunuş sayı: 43