Hörmüzdə ilk tanker hərəkəti – ABŞ blokadasından sonra keçid baş tutdu
ABŞ-nin tətbiq etdiyi blokadadan sonra ilk yüklü tanker Hörmüz boğazını tərk edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, söhbət Pakistan bayrağı altında üzən Şalamar gəmisindən gedir. Tanker təxminən 450 min barel neft daşıyaraq Karaçi istiqamətində hərəkət edib.
Bildirilir ki, ABŞ məhdudiyyətlərindən sonra gəmi sahibləri boğazdan keçid üçün həm ABŞ, həm də İran tərəfinin razılığını almağa məcburdur.
Bu hadisə regionda enerji daşımaları və təhlükəsizlik baxımından yeni mərhələnin başlaya biləcəyini göstərir.
16:57 17.04.2026
Oxunuş sayı: 44