ABŞ Avropaya silah tədarükünü DAYANDIRDI
ABŞ İrandakı hərbi əməliyyatlarla bağlı yaranan vəziyyət səbəbindən bəzi Avropa ölkələrinə silah tədarükünü təxirə salıb.
Crossmedia.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
ABŞ rəsmiləri bir sıra Avropa liderlərini tədarükdəki gecikmələrlə bağlı məlumatlandırıblar. Gecikmələrin xüsusilə Baltikyanı və Skandinaviya ölkələri də daxil olmaqla bir neçə Avropa İttifaqı dövlətinə təsir etdiyi bildirilir.
Məlumata əsasən, ABŞ tərəfi münaqişənin ölkənin hərbi ehtiyatlarını azaltdığını əsas gətirərək əvvəlcədən imzalanmış müqavilələr üzrə silah tədarükünü tam həcmdə həyata keçirməyin çətinləşdiyini bildirib.
Ağ Ev rəsmilərinin Yaxın Şərqdəki gərginliyin ABŞ müdafiə sənayesinə təzyiq göstərdiyini düşündüyü və buna görə də bəzi beynəlxalq tədarüklərin azaldılmasının gündəmdə olduğu qeyd olunur.
16:50 17.04.2026
Oxunuş sayı: 60