İranlı deputat: İnternetin bərpası ölkənin maraqlarına uyğun deyil
İranlı deputat Fəzlullah Rəncbər bildirib ki, hazırkı şəraitdə İranda internetə çıxışın bərpası ölkənin maraqlarına cavab vermir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran parlamentinin İctimai Komissiyasının üzvü olan deputat hökuməti internet məhdudiyyətləri səbəbilə özəl sektor və vətəndaşlara dəyən zərərin kompensasiya edilməsinə çağırıb.
Onun sözlərinə görə, kompensasiyalar Hörmüz boğazından əldə olunan gəlirlər, dondurulmuş vəsaitlərin azad edilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi hesabına maliyyələşdirilə bilər.
“Hazırkı vəziyyətdə internetin bərpası ölkənin maraqlarına uyğun deyil,” – deyə Rəncbər vurğulayıb və əlavə edib ki, bu mərhələdə internetə çıxışın yenidən açılmasını dəstəkləmir.
16:43 17.04.2026
Oxunuş sayı: 46