Karapetyanın məhkəməsi önündə gərginlik – 17 nəfər saxlanıldı
Ermənistan paytaxtı İrəvanda rusiyalı oliqarx Samvel Karapetyanın məhkəməsi önündə insident yaşanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qarşısında toplaşan 17 nəfər polis tərəfindən saxlanılıb.
Bildirilib ki, aprelin 15 də təxirə salınan məhkəmə iclası bu gün davam etdirilib. Məhkəmə binası önünə Karapetyanın çoxsaylı tərəfdarları toplaşıb, əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Hadisə zamanı vəziyyət gərginləşib, qarşıdurma yaranıb və polis müdaxilə edərək bir neçə nəfəri saxlayıb.
Qeyd edək ki, Samvel Karapetyan vergidən yayınma, çirkli pulların yuyulması, xüsusilə külli miqdarda mənimsəmə və hakimiyyəti ələ keçirməyə çağırışlarda ittiham olunur. İş üzrə daha iki nəfər də təqsirləndirilən şəxs kimi keçir.
16:15 17.04.2026
Oxunuş sayı: 47