Çin İrana gizli hərbi dəstək verir? ABŞ həyəcan siqnalı verdi
ABŞ kəşfiyyat orqanları Çin tərəfindən İran üçün qabaqcıl radar sistemlərinin tədarükünün planlaşdırıldığını müəyyən edib.
Crossmedia.az bu barədə "CBS News" ə istinadən xəbər verir.
Məlumata görə, söhbət aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarını və qanadlı raketləri aşkar edib izləyə bilən X-diapazonlu radar sistemlərindən gedir. Bu texnologiya İranın hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Hazırda bu avadanlıqların faktiki olaraq ötürülüb-ötürülmədiyi dəqiq bilinmir. Lakin belə müzakirələrin aparılması ABŞ rəhbərliyində ciddi narahatlıq doğurub.
Vaşinqton bu addımı regionda hərbi balansı dəyişə biləcək potensial risk kimi qiymətləndirir.
15:37 17.04.2026
Oxunuş sayı: 52