Moldova Rusiya hərbi komandanlığına ölkəyə giriş qadağası qoydu
Moldova Dnestryanı bölgəsində yerləşən Rusiya Qoşunlarının Əməliyyat Qrupunun komandanlığına qarşı sərt qərar qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ölkə hakimiyyəti komandan Dmitri Zelenkov və onun üç müavinini “persona non grata” elan edərək onların Moldovaya girişini qadağan edib.
Moldova Parlamentinin sədri İqor Qrosu qərarı təsdiqləyərək bildirib ki, bu addımın səbəbi Rusiya hərbi qüvvələrinin Moldova ərazisində qanunsuz şəkildə yerləşməsidir.
Qərarın regionda mövcud gərginliyi daha da artıracağı istisna edilmir.
15:22 17.04.2026
Oxunuş sayı: 46