Media: İran hücumlara baxmayaraq dağılmadı
İran ABŞ və İsrail tərəfindən həyata keçirilən mümkün hücumların təsirini əhəmiyyətli dərəcədə azalda bilib.
Crossmedia.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata əsasən, ölkənin infrastrukturuna ciddi ziyan dəyməsinə və yüksək hərbi rəhbərliyində itkilərə baxmayaraq, İran raket və pilotsuz uçuş aparatları (PUA) potensialını və cavab vermə qabiliyyətini saxlayır.
Qeyd olunur ki, İran əvvəlcədən hazırlanmış “mozaika strategiyası” çərçivəsində komandanlığın mərkəzləşdirilməmiş idarəetmə sistemini tətbiq edib. Bu yanaşma hücumlar zamanı idarəetmənin iflic olmasının qarşısını almağa yönəlib.
Həmçinin silah sistemlərinin coğrafi baxımdan dağınıq yerləşdirilməsi və mobil buraxılış qurğularından istifadə onların məhv edilməsini çətinləşdirib. Kəşfiyyat qiymətləndirmələrinə görə, İran hələ də böyük raket ehtiyatlarına və minlərlə PUA-ya malikdir və bu potensialın tam sıradan çıxarılması üçün uzunmüddətli hərbi əməliyyatların tələb oluna biləcəyi bildirilir.
14:23 17.04.2026
Oxunuş sayı: 47