Trampdan İranla bağlı XƏBƏRDARLIQ: Razılaşma olmazsa...
ABŞ Prezidenti Donald Tramp İranla bağlı danışıqlar və mümkün razılaşma barədə açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, İran ilə razılıq əldə olunmasa, vəziyyətin gərgin olaraq qalacağı və münaqişənin davam edə biləcəyi ehtimalı var.
O qeyd edib ki, İranın nüvə silahına malik olmamağa razılaşdığı bildirilir və Tehranın zənginləşdirilmiş uranı geri qaytarmağa hazır olduğu iddia olunur.
Tramp əlavə edib ki, hazırda İranla bir neçə istiqamətdə razılaşmalar mövcuddur və prosesdə müsbət dinamikanın müşahidə edildiyini düşünür.
14:10 17.04.2026
Oxunuş sayı: 61