Tokayev Türkiyəyə səfər edir
Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev bu gün Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfər çərçivəsində o, Antalya Diplomatik Forumunun açılış mərasimində iştirak edəcək, panel iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
12:52 17.04.2026
Oxunuş sayı: 62