İran: Hörmüz boğazından 10–15 milyard dollar gəlir mümkündür
İran parlamentinin rəyasət heyətinin üzvü bildirib ki, Hörmüz boğazı üzərində nəzarətdən əldə edilən potensial gəlir 10–15 milyard dollar səviyyəsində qiymətləndirilir.
Crossmedia.az bu barədə "ISNA" agentliyinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, bu strateji su yolunda İranın təsirinin gücləndirilməsi ölkənin valyutası olan rialın möhkəmlənməsinə də töhfə verə bilər.
Bununla yanaşı, rəsmi Tehran “maneələr yaratmaq və şantajla məşğul olmaq” əvəzinə, bölgədə tənzimləyici rol oynamağa çalışdığını bəyan edib.
11:08 17.04.2026
Oxunuş sayı: 77