Fiko: Ruslar yalnız ayaqqabı bağlarını bağlamaq üçün diz çökür
Slovakiya Baş naziri Robert Fiko bildirib ki, Avropa İttifaqı hələ də Ukraynaya dəstək verərək Rusiyanı zəiflətməyə ümid edir, lakin bu strategiyanın real nəticə vermədiyini düşünür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazir qeyd edib ki, son illərdə mediada Rusiyanın “tezliklə məğlub olacağı” barədə iddiaların tez-tez səsləndirildiyini, lakin bunun baş vermədiyini vurğulayıb.
O, daha sonra ironik ifadə işlədərək deyib: “Ruslar yalnız ayaqqabı bağlarını bağlayanda diz çökürlər, başqası istədiyi üçün yox.”
10:57 17.04.2026
Oxunuş sayı: 86