Rusiyanın kriptobirjasına kiberhücum: Milyonlar oğurlandı
Qərb kəşfiyyat orqanları Rusiyanın kriptovalyuta birjasına kiberhücum həyata keçirərək təxminən 1 milyard rubl (13 milyon dollar) vəsaiti ələ keçiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fəaliyyətini dayandıran Grinex şirkəti sosial mediada yaydığı açıqlamada hücumun miqyasının qeyri-adi olduğunu bildirib.
Şirkətin bəyanatında qeyd olunub:
“Rəqəmsal iz və hücumun xarakteri yalnız düşmən dövlətlərə məxsus qurumların malik ola biləcəyi misli görünməmiş resurs və texnologiyadan istifadə edildiyini göstərir.”
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə araşdırmaların aparıldığı bildirilir.
10:20 17.04.2026
Oxunuş sayı: 43