İndi də ABŞ- Çin müharibəsi başlayır?
Beynəlxalq siyasətdə böyük güclər arasında rəqabət və qarşılıqlı ittihamlar getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son günlərdə ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən açıqlama bu gərginliyin yeni nümunəsi kimi diqqət çəkir. O, Çinin İrana mümkün silah dəstəyi verəcəyi halda ciddi nəticələrlə üzləşə biləcəyini bildirib. Bu cür bəyanatlar beynəlxalq münasibətlərdə etimadsızlığın artdığını və qlobal təhlükəsizlik məsələlərinin daha da mürəkkəbləşdiyini göstərir.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, həm Rusiyaya, həm də Çinə qarşı elan olunan bu silah xəbərdarlıqları gecikmiş xəbərdarlıqlar sırasındadır və buna bir az daha çox öz daxili elektoratına manipulyasiya imkanları yaratmaq mövqeyindən baxmaq lazımdır: “İran ayaqdadır, davam edir, proseslərdə tərəfdir və görüşlərdə tərəf kimi məğlub olunmuşdursa, nə üçün o, öz şərtlərini masaya qoyur? Bunlar artıq mürəkkəbləşmiş və izahı çətin olan məsələlərdir. Bu kontekstdə əsas məsələ Çinin silah verməsi deyil, bu xəbər üzərində manipulyasiya cəhətləridir. Çin uzun illərdir silah tədarükü həyata keçirir və bu baxımdan onun hərbi əməkdaşlıqda iştirakı qeyri-adi hal deyil”.
Mehriban Yariyeva
20:12 16.04.2026
Oxunuş sayı: 58