Zelenski: Ərdoğanla görüş ən müsbət görüşlərdən biri olub
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşü yüksək qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, Ərdoğanla görüşü indiyədək baş tutan ən müsbət və məhsuldar görüşlərdən biri olub.
Onun sözlərinə görə, Türkiyə ilə əməkdaşlıq Ukrayna üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə vurğulanıb ki, Ankara ilə qurulan əlaqələr Ukraynanın enerji və logistika təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Ukrayna lideri iki ölkə arasında tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
13:12 07.04.2026
Oxunuş sayı: 67