İstanbulda İsrail konsulluğu yaxınlığında silahlı insident: Yaralılar var
İsrailin İstanbuldakı konsulluğu yaxınlığında silahlı basqın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Karar" qəzeti məlumat yayıb.
Hadisə nəticəsində ən azı bir polis əməkdaşının yaralandığı bildirilir. "Reuters" agentliyinin xəbərinə görə, şahidlər konsulluq ətrafında atəş səslərinin eşidildiyini qeyd ediblər.
CNN Türkün polisə istinadən yaydığı məlumata əsasən, insidentdən sonra üç hücumçu zərərsizləşdirilib. Mənbə həmçinin bildirir ki, hadisə zamanı ümumilikdə iki hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Hadisənin səbəbləri və hücum edən şəxslərin kimliyi ilə bağlı araşdırma aparılır.
14:36 07.04.2026
Oxunuş sayı: 57