Xırdalanda tələbə faciəvi şəkildə həyatını itirib
Abşeron rayonu Xırdalan şəhərində ağır faciə baş verib.
Crossmedia.az xəbər verir ki, dünən saat 10 radələrində 2007-ci il təvəllüdlü Esmira İsayeva yaşadığı “AAAF Park” yaşayış kompleksində yerləşən 12 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.
Bildirilir ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin I kurs tələbəsi olub və fizika müəllimliyi ixtisası üzrə təhsil alırmış.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Faktın dəqiq səbəbləri hələlik məlum deyil.
15:02 07.04.2026
Oxunuş sayı: 51