ABŞ və İsrail İranda hərbi və nəqliyyat obyektlərini hədəfə alıb
Amerika Birləşmiş Ştatları və İsrailin İran ərazisində bir sıra obyektlərə zərbələr endirdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ABŞ qüvvələri Xark adasında yerləşən sığınacaqlar və müdafiə qurğularını hava hücumları ilə hədəfə alıb.
Eyni zamanda, İsrail və ABŞ-nin birgə əməliyyatları çərçivəsində Təbriz–Zəncan magistral yolundakı körpü, eləcə də Kaşan əyalətinin Yəhyabad şəhəri yaxınlığında yerləşən dəmir yolu körpüsü vurulub.
Hədəflərin əsasən nəqliyyat infrastrukturu və hərbi əhəmiyyət daşıyan obyektlər olduğu qeyd edilir. Hadisələrlə bağlı rəsmi təsdiq və itkilər barədə dəqiq məlumat hələlik açıqlanmayıb.
15:04 07.04.2026
Oxunuş sayı: 44