İsrail ordusu İran vətəndaşlarına xəbərdarlıq edib
İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı İran vətəndaşlarına müraciət edərək dəmir yolu nəqliyyatından istifadə etməməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ordunun yaydığı bəyanatda bildirilib ki, İran vaxtı ilə saat 21:00-dan əvvəl qatarlarda olmaq və ya dəmir yolu xətlərinin yaxınlığında yerləşmək həyat üçün təhlükə yarada bilər.
Rəsmi açıqlamada bu xəbərdarlığın səbəbləri barədə ətraflı məlumat verilməsə də, bölgədə artan gərginlik fonunda təhlükəsizlik riskləri ilə əlaqəli olduğu ehtimal edilir.
14:52 07.04.2026
Oxunuş sayı: 43