Müctəba Xameneyinin vəziyyəti ilə bağlı açıqlama
İranın ali dini lideri Əli Xameneyinin oğlu Müctəba Xameneyinin səhhəti ilə bağlı narahatedici məlumatlar ortaya çıxıb.
Crossmedia.az bu barədə "The Times"ə istinadən xəbər verir.
Mənbələrin bildirdiyinə əsasən, kəşfiyyat məlumatlarında Müctəba Xameneyinin vəziyyətinin ağır olduğu qeyd edilir. Onun sağlamlıq durumu ilə bağlı rəsmi Tehran tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Müctəba Xameneyi uzun müddətdir İranın siyasi və dini elitasında mühüm fiqur hesab olunur və ölkənin gələcək rəhbərlərindən biri kimi göstərilir.
Hazırda məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi və vəziyyətlə bağlı əlavə açıqlamaların gözlənildiyi bildirilir.
13:40 07.04.2026
Oxunuş sayı: 40