Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub YENİLƏNİB
Bu gün Xocavənd şəhərinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.
Crossmedia.az xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Onlara tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
12:58
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə 33 ailə (142 nəfər) Xocavənd şəhərinə öz doğma ocaqlarına qayıdıb.
Ailələri Xocavənd şəhərində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bu mərhələdə daxil olmaqla 234 ailə (904 nəfər) daimi qayıdıb. Xocavənd sakinləri həm çox mənzilli binalar, həmdə yenidən bərpa edilən evlərinə qayıdlblar.
11:37
Böyük Qayıdış prosesi çərçivəsində Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə (142 nəfər) köçürülür.
Qeyd edək ki, bu köç də daxil olmaqla, Xocavəndə ümumilikdə 234 ailənin (904 nəfər) daimi qayıdışı təmin edilib.(Report)
13:29 07.04.2026
Oxunuş sayı: 54