Azərbaycan neftinin qiyməti 132 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,3 ABŞ dolları və ya 3,36 % artaraq 132,35 ABŞ dolları təşkil edib.
Bu barədə Crossmedia.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 127,24 ABŞ dolları təşkil edib.
09:46 01.04.2026
Oxunuş sayı: 45