Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq
Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq.
Bu barədə Crossmedia.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 və 6-cı mikrorayonları üzrə abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, təxminən, 30 min abonentə qazın verilişi saat 11:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.
Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verili2i mərhələli şəkildə bərpa olunacaq.(Report)
10:06 31.03.2026
Oxunuş sayı: 50