İran Ukraynanı ABŞ və İsraillə əlbir olmaqda ittiham etdi
İran Ukraynanı ABŞ və İsraillə birlikdə İrana qarşı mümkün təcavüzdə iştirak etməkdə ittiham edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İranın Xarici İşlər Nazirliyi bildirib ki, Ukrayna ABŞ və İsrailin İrana qarşı hərbi addımlarına əlbir ola bilər və İran xalqı bunu heç vaxt bağışlamayacaq.
Nazirlik həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski dörd ildir Ukrayna xalqını davamlı müharibəyə sürükləməyə çalışır və indi onları İranla münaqişəyə cəlb etməyə çalışır.
20:10 16.03.2026
Oxunuş sayı: 54