Kiyev Drujba kəməri ilə bağlı görüş təklifini rədd etdi
Macarıstan və Slovakiya Ukraynanın energetika naziri ilə Drujba neft kəmərinin işinin bərpası üçün görüş keçirməyi təklif etsələr də, Kiyev bunu rədd edib.
Crossmedia.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
Nazir qeyd edib ki, Ukrayna Drujba kəməri vasitəsilə Rusiya neftinin tədarükünü dayandırmağa davam edir.
19:11 16.03.2026
Oxunuş sayı: 50