Almaniyanın xarici işlər naziri Yohan Vadeful İranın fəaliyyətlərinin region və qlobal iqtisadiyyat üçün ciddi risk yaratdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bu barədə Avropa Birliyinə üzv dövlətlərin xarici işlər nazirlərinin iclası öncəsi jurnalistlərə açıqlamasında danışıb. Onun sözlərinə görə, İran rejiminin fəaliyyəti yalnız qonşu ölkələr üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi, naviqasiya azadlığı və qlobal iqtisadi inkişaf üçün təhlükə yaradır.
“İran rejiminin qonşuları, bütün bölgə, naviqasiya azadlığı və qlobal iqtisadi inkişaf üçün ciddi təhlükə yaratdığı aydındır. Bu təhlükə qətiyyən mövcud olmağa davam etməməlidir”, – deyə nazir qeyd edib.
Yohan Vadeful əlavə edib ki, bu məsələdə Almaniya İsrail və ABŞ ilə eyni mövqedən çıxış edir və tərəfdaşları ilə tam razılıq çərçivəsində hərəkət edir.