Malayziya Tayland nömrəli avtomobillərə yanacaq satışını məhdudlaşdırdı
Malayziya sərhəd bölgələrində yerləşən yanacaqdoldurma məntəqələrində Tayland nömrəli avtomobillərə yanacaq satışını təxminən 7 dollar məbləği ilə məhdudlaşdırıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, bu qərar Yaxın Şərqdə artan gərginlik səbəbilə qlobal neft tədarükü ilə bağlı narahatlıqların yaranması və tələbatın artması fonunda qəbul edilib.
Taylandın Betong bölgəsində isə bəzi yanacaqdoldurma məntəqələrində uzun növbələrin yarandığı, müəyyən yerlərdə isə dizel yanacağının tükəndiyi qeyd olunur.
18:34 16.03.2026
Oxunuş sayı: 41