Əraqçı: İran atəşkəs istəmir
Martın 16-sı İranın xarici işlər naziri Abbas Əraqçı jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Tehran hazırkı münaqişə ilə bağlı atəşkəsə hazır deyil, ancaq müharibənin gələcəkdə təkrarlanmaması üçün yekunlaşmalı olduğunu hesab edir.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Nazirin sözlərinə görə, İran mövcud vəziyyətdə qürurlu müqavimət göstərir və bu mövqeni tərəddüdsüz davam etdirəcək.
Əraqçı əlavə edib ki, Tehran münaqişə ilə bağlı heç bir tərəfə mesaj göndərməyib və atəşkəs istəmir. O, bu mövqeni ötən gecə Amerika telekanallarından birinə verdiyi müsahibədə də təkrar edib.
İran naziri vurğulayıb ki, əsas məqsəd müharibənin gələcəkdə yenidən baş verməməsi üçün bu qarşıdurmanın başa çatmasıdır.
18:00 16.03.2026
Oxunuş sayı: 40