Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edilib
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsindən MOK-a məlumat göndərilib.
Crossmedia.az xəbər verir ki,Milli Olimpiya Komitəsindən (MOK) verilən məlumata görə, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub.
Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.
Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.
22:09 16.03.2026
Oxunuş sayı: 47