Reuters: İran Hindistan tankerilərinə təhlükəsiz keçid təklif edir
İran və Hindistan arasında “paket razılaşması” ilə bağlı danışıqlar aparılır.
Crossmedia.az bu barədə "Reuters"-ə istinadən xəbər verir.
Məlumata əsasən, razılaşmaya görə Hindistan fevral ayında saxladığı üç İran neft tankerini azad edəcək.
Bunun müqabilində isə İran Hindistana məxsus neft tankerlərinin – istər Hindistana doğru hərəkət edən, istərsə də Hindistan bayrağı altında üzən gəmilərin Hormüz boğazından təhlükəsiz keçidini təmin edəcək.
Bildirilir ki, Tehranda bu razılaşma çərçivəsində Hindistan tərəfindən dərman və tibbi avadanlıqların təmin olunması məsələsi də gündəmə gətirilib.
18:28 16.03.2026
Oxunuş sayı: 43