KİV: İrana hərbi zərbələrə dəstək ABŞ-də siyasi bölünməni göstərir
ABŞ-də keçirilən müxtəlif ictimai rəy sorğularına görə, İrana qarşı mümkün hərbi zərbələrə ən böyük dəstək Ağ Ev rəhbəri Donald Trampın “MAGA” hərəkatının tərəfdarları arasında müşahidə olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
"NBC" televiziya kanalının sorğusuna əsasən, MAGA respublikaçılarının 90 faizi İrana qarşı zərbələri dəstəklədiyini bildirib. Bu göstərici ümumi respublikaçılar arasında 77 faiz, MAGA olmayan respublikaçılar arasında isə 54 faiz təşkil edir.
Sorğuda ABŞ üzrə bütün böyüklər arasında dəstək 41 faiz, müstəqil seçicilər arasında 27 faiz, demokratlar arasında isə cəmi 9 faiz olub.
"CNN" tərəfindən keçirilən sorğuda da oxşar nəticələr qeydə alınıb. Bu sorğuya görə, MAGA respublikaçılarının 88 faizi, ümumi respublikaçıların 77 faizi və MAGA olmayan respublikaçıların 61 faizi İrana qarşı zərbələri dəstəkləyir.
ABŞ üzrə bütün böyüklər arasında bu göstərici 41 faiz, müstəqillər arasında 32 faiz, demokratlar arasında isə 18 faizdir.
"YouGov" sorğusunun nəticələrinə görə isə MAGA respublikaçılarının 85 faizi, respublikaçıların 76 faizi və MAGA olmayan respublikaçıların 63 faizi İrana qarşı hərbi zərbələri dəstəkləyir.
ABŞ üzrə bütün böyüklər arasında dəstək 37 faiz, müstəqillər arasında 24 faiz, demokratlar arasında isə 11 faiz səviyyəsindədir.
20:02 13.03.2026
Oxunuş sayı: 60