İsrail Livan xalqını Hizbullahı tərksilah etməyə çağırdı
İsrail Müdafiə Qüvvələri Beyrut ətrafında havadan vərəqələr ataraq Livan xalqını Hizbullaha qarşı etiraza çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, vərəqələrdə İsrailin 504-cü bölməsi ilə əlaqəli QR-kod da yerləşdirilib.
Vərəqələrdə yazılıb:
* “ İranın qalxanı olan Hizbullahı tərksilah etməlisiniz. Livan sizin qərarınızdır, başqasının yox”;
* “Sizin torpağınız sizindir — onu buraxmayın. Sabitlik sadəcə bir söz deyil, hər bir livanlının hüququdur. Onun hamı üçün azad olmasına imkan verməyin”.
İsrailin 504-cü bölməsi vərəqələrdə “Qonşunuz yaxşıdırsa, siz də yaxşısınız” prinsipinə əsaslanaraq Livanın və xalqının gələcəyini təmin etmək üçün çalışdıqlarını vurğulayıb.
Vərəqələr livanlılara ölkənin çiçəklənməsi və qorunmasına töhfə vermək üçün real dəyişiklik prosesində iştirak etməyə çağırır.
18:55 13.03.2026
Oxunuş sayı: 47