İran səfiri: Türkiyəyə raket hücumları bizim üçün də sual olaraq qalır
İranın Ankaradakı səfiri Məhəmməd Həbibullahzadə İrandan Türkiyəyə raket atılması ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Səfir bildirib ki, Tehran Türkiyənin suverenliyinə hörmət edir və İranın raket hücumlarında iştirak etmədiyini bəyan etdiyini xatırladıb.
“Biz bu vəziyyəti həll etmək və fikir ayrılıqlarını aradan qaldırmaq üçün təklif irəli sürdük. Bu məsələni daha ətraflı araşdırmaq üçün texniki qrup yaratmağı təklif etdik. Çünki bizim üçün bu da sual olaraq qalır: bu necə baş verə bilər?” – deyə, Həbibullahzadə jurnalistlərə bildirib.
Səfir əlavə edib ki, bu addımların üçüncü ölkələr tərəfindən törədilməsi, Tehran və Ankara arasındakı dostluq və qardaşlıq münasibətlərinə zərər verməyə yönəlmiş olması ehtimalı da mövcuddur.
18:45 13.03.2026
Oxunuş sayı: 52