Tehran ABŞ bazalarını hədəf almağa davam edəcək
İran rəsmiləri regional ərəb ölkələrinə bildiriblər ki, Tehran Vaşinqtonun mövqeyini izləyərək hərbi qarşıdurmanı dayandırmaq niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, İran ölkəyə qarşı təcavüzün yenidən baş verməyəcəyinə dair konkret beynəlxalq təminatlar alana qədər münaqişənin de-eskalasiyasına, yəni gərginliyin azaldılmasına razı olmayacağını bəyan edib.
Bundan əlavə, Tehran ərəb nümayəndələrinə bildirib ki, ABŞ hərbi əməliyyatlarını dayandırsa belə, Yaxın Şərqdə yerləşən Amerika hərbi obyektləri İranın potensial hədəfi olaraq qalacaq.
18:32 13.03.2026
Oxunuş sayı: 53