Hörmüz boğazı ilə bağlı danışıqlar başlayıb
İranla Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqlara başlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, danışıqlara Səudiyyə Ərəbistanı rəhbərlik edir və əsas məqsəd İran ətrafında yaranmış gərginliyin daha da genişlənməsinin qarşısını almaqdır.
Bununla belə, mənbələr danışıqların uğurla nəticələnməsi ehtimalının aşağı olduğunu bildirirlər.
18:25 13.03.2026
Oxunuş sayı: 48