Dünya siyasətində təsiri artan liderlərin siyahısı dərc edildi
ABŞ-li milli təhlükəsizlik üzrə ekspert və Heritage Foundation beyin mərkəzinin prezidentinin baş müşaviri James Jay Carafano beynəlxalq səhnədə təsirini sürətlə artıran dünya liderlərinin siyahısını dərc edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun siyahısına Argentina prezidenti Xavyer Miley, İtaliyanın baş naziri Corcia Meloni, İspaniyanın baş naziri Pedro Sançes, Finlandiya prezidenti Aleksandr Stubb, Hindistanın baş naziri Narendra Modi, yapon siyasətçi Sanae Takaici, polşalı siyasətçi Karol Navrotski, amerikalı siyasətçi Cey Di Vens, Azərbaycan Prezidenti İlham Əliyev, Mərakeş Kralı Məhəmməd VI, Ukrayna Prezidenti Volodimir Zelenski, İsrailin baş naziri Benyamin Netanyahu və alman siyasətçi Fridrix Merz daxil edilib.
James Jay Carafano əlavə edib ki, onun fikrincə, ABŞ Prezidenti Donald Tramp “öz liqasında olan” siyasi fiqurdur.
11:05 13.03.2026
Oxunuş sayı: 39