NATO rəsmisi: Rusiyanın İrana yardımına dair dəlil yoxdur
NATO-nun daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, ABŞ hazırda Rusiyanın İrana kömək etdiyinə dair heç bir sübut görmür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonun əlində Moskvanın Tehrana dəstək verdiyini təsdiqləyən konkret dəlillər yoxdur. O qeyd edib ki, məsələ ilə bağlı bütün məlumatlar diqqətlə izlənilir və vəziyyət təhlil olunur.
Uitaker vurğulayıb ki, beynəlxalq təhlükəsizliklə bağlı bu cür iddialar yalnız etibarlı faktlar və sübutlar əsasında səsləndirilməlidir.
09:23 13.03.2026
Oxunuş sayı: 46