Ermənistanda seçkiyə müdaxilə iddiaları ilə bağlı müzakirələr davam edir
Ermənistanlı politoloq Arman Qukasyan ölkə hakimiyyətinin seçki kampaniyalarına mümkün xarici müdaxilə ilə bağlı açıqlamalarının açıq faktlarla dəstəklənməli olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ekspert bu fikirləri "Sputnik Armenia"ya müsahibəsində səsləndirib və Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (XKX) son hesabatına münasibət bildirib. Həmin hesabatda xarici ölkələrdən birində erməni əsilli sahibkarlara və Ermənistan vətəndaşlarına təzyiq cəhdlərinin olduğu iddia edilir.
Qukasyanın sözlərinə görə, XKX hesabatında konkret ölkənin adı göstərilməsə də, hökumətə yaxın Qərbyönlü QHT-lər bu iddiaların Rusiyaya aid olduğunu irəli sürürlər. Politoloq isə hesab edir ki, nüfuzlu qurumlar yalnız fərziyyələrə əsaslanaraq ittihamlar səsləndirməməlidirlər.
Ekspert həmçinin vurğulayıb ki, kifayət qədər sübuta əsaslanmayan belə açıqlamalar dövlətlərarası münasibətlərə mənfi təsir göstərə və gərginlik yarada bilər.
09:10 13.03.2026
Oxunuş sayı: 55