Rusiya ordusu Ukaynanın əsas müdafiə qovşağını ələ keçirib
Rusiya ordusu Pokrovsk şəhərinin şimalında yerləşən və Ukrayna müdafiəsinin əsas qovşaqlarından biri sayılan Qrişin yaşayış məntəqəsini ələ keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin noyabrında Pokrovskın, 2026-cı ilin yanvarında isə Mirnoqrad şəhərinin süqutundan sonra cəbhə xətti əsasən bu iki şəhərin kənarında sabit qalmışdı.
Bu müddət ərzində Rusiya və Ukrayna qüvvələri eyni mövqelər uğrunda qarşılıqlı döyüşlər aparırdı. Rusiya tərəfi isə bahalı və yorucu şəhər döyüşlərindən sonra qüvvələrin yenidən qruplaşdırılmasına diqqət yetirirdi.
Bildirilir ki, Qrişinin ələ keçirilməsi və ötən ay Rodinskinin süqutu ilə şimali Pokrovska yaxın mövqelər Rusiya qüvvələri tərəfindən daha da möhkəmləndiriləcək.
Bu isə Mirnoqrad və Pokrovskın logistik imkanlarından Rusiya tərəfinin daha effektiv istifadə edə biləcəyi anlamına gəlir.
Eyni zamanda, Hulyaipole/Pokrovske istiqamətində son əks-hücum əməliyyatlarında iştirak etmək və cəbhənin digər sektorlarını gücləndirmək məqsədilə bir neçə Ukrayna bölməsi Dobropillya istiqamətindən geri çəkilib.
20:35 12.03.2026
Oxunuş sayı: 54