Laricani Trampın təhdidinə sərt cavab verdi
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi təhdidlərə sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, Laricani “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, ABŞ belə bir addım atacağı təqdirdə bölgədə ciddi nəticələrlə üzləşəcək.
“Əgər o bunu etsə, yarım saat keçməmiş bütün bölgədə ümumi elektrik kəsintisi yaranar və qaranlıq bölgədə qaçan amerikalı hərbçiləri izləmək və ovlamaq üçün uyğun fürsətə çevrilər”, – deyə Laricani yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana qarşı yeni hücum planından danışarkən, ölkənin elektrik sistemini qısa müddətdə sıradan çıxara biləcəyini bildirib.
“İranın elektrik sistemini bir saat ərzində məhv edə bilərəm, amma bunu etmədim”, – deyə Tramp qeyd edib.
19:50 12.03.2026
Oxunuş sayı: 52