İranın yeni liderindən ABŞ-ə SƏRT XƏBƏRDARLIQ
İranın yeni ali rəhbəri Müctəba Xamenei xalqa ilk müraciətində ABŞ-nin bölgədəki hərbi fəaliyyətlərini sərt tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, düşmən uzun illərdir bəzi qonşu ölkələrdə hərbi bazalar qurur və son hücumlar da həmin bazalardan həyata keçirilib.
Xameneinin sözlərinə görə, İran əvvəlcədən xəbərdarlıq etdiyi kimi bu bazalara qarşı zərbələr endirib.
Yeni ali rəhbər qonşu ölkələri ABŞ hərbi bazalarını tezliklə bağlamağa çağırıb və qeyd edib ki, Vaşinqtonun bölgəyə sülh və təhlükəsizlik gətirəcəyi iddiası heç vaxt özünü doğrultmayıb.
Müctəba Xamenei əlavə edib ki, İran şəhidlərin qanının qisasını alacaq.
O xüsusilə Minab şəhərində həlak olanlar üçün məsul şəxslərin cavab verəcəyini vurğulayıb və təzminat ödənilmədiyi halda düşmənin aktivlərinin və ya ekvivalent əmlakının hədəfə alınacağını bildirib.
19:37 12.03.2026
Oxunuş sayı: 56